Əliyevin sülhyaradan lider OBRAZI – Trampın paylaşımındakı MÜHÜM FAKTOR

media-hightechnic-468x90

“ABŞ Prezidentinin “Truth Social” hesabında paylaşdığı fikirlər, hər şeydən öncə, ABŞ-nin Azərbaycana və Azərbaycan Prezidentinin qətiyyətinə verdiyi qiymət kimi dəyərləndirilməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

media-hikmetbabaoglu1

O, ABŞ Prezidenti Dondald Trampın sonunuc paylaşımında Prezident İlham Əliyevi dostu adlandırmasını və ABŞ-nin Azərbaycanla münasibətlərini şərh edib.

H. Babaoğluya görə, Azərbaycan Prezidenti regionda uzun illər, hətta 200 ilə yaxın davam edən müharibəni sülhə çevirməyi bacardı:

“Əlbəttə ki, bütün çıxışlarında “mən sülh istəyirəm” deyən Tramp üçün “mən sülh yaradıram” deyən liderin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycan Prezidenti tərəfindən yaradılan yeni reallıq ABŞ üçün olduqca dəyərlidir. Çox zaman deyildiyi kimi, bu münaqişənin tarixi yalnız 30 illik deyil, 150 ildən çoxdur. İndi isə ABŞ ilə Azərbaycan arasında münasibətlərin yeni səhifəsinin açılması hər iki ölkənin dövlətçilik tarixində xüsusi mərhələ kimi qiymətləndirilməlidir. Tarixə nəzər salsaq, görərik ki, nə Çar Rusiyası dövründə, nə Sovetlər Birliyi illərində, nə də postsovet mərhələsində ABŞ regiondakı proseslərə indiki qədər yaxından müdaxilə edə bilməmiş, Cənubi Qafqazda sülh və inteqrasiya üçün konkret addımlar ata bilməmişdi. Gürcüstanla münasibətlər kontekstində bu proses uğursuzluqla nəticələndi, Ermənistan isə daima Rusiya xarici siyasətinin davamı kimi çıxış etdi”.

O, söyləyib ki, yalnız Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət və yaratdığı yeni reallıqlar Cənubi Qafqazda bütün xalqların milli maraqlarının ABŞ və sülhpərvər dünya ilə üst-üstə düşməsinə şərait yaradıb:

“Bu isə Cənubi Qafqaz kimi mühüm bir coğrafiyada, həm də bu gün dünya diqqət mərkəzində olan və beynəlxalq iqtisadiyyatın tranzit məkanına çevrilən regionda Amerikanın maraqlarının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən ABŞ-nin bu nailiyyəti öz xarici siyasəti üçün böyük uğur kimi qiymətləndirilməlidir. Amerika tarixində ilk dəfə Cənubi Qafqazla bu qədər yaxın münasibətlər qurulması həm də ABŞ dövlətinin nailiyyəti hesab olunmalıdır. Prezident Tramp bütün bunların fərqindədir və geosiyasi rəqabət şəraitində Cənubi Qafqaz kontekstində Amerikanın maraqlarını bir addım irəli daşıya bildiyini görür. Məhz buna görə də bu prosesi yüksək qiymətləndirir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa