Elm adamları ilk pandemiyanın səbəbini üzə çıxardı - 1500 il əvvəl

media-hightechnic-468x90

Elm adamları dünyanın qeydə alınmış ilk pandemiyasına səbəb olan bakteriyanın genomunu müəyyənləşdiriblər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İordaniyanın qədim Ceraş şəhərində aşkar edilən toplu məzarda aparılan araşdırmalar nəticəsində “Yersinia pestis” mikroorqanizmi – yəni vəbaya yol açan bakteriya aşkarlanıb.

Bu kəşf eramızın 541–750-ci illəri arasında milyonlarla insanın ölümünə səbəb olan “Justinianus” vəbasının həqiqi mənbəyini təsdiqləyib.

ABŞ-nin Cənubi Florida Universitetindən tədqiqatçı Reys Ciyanq tapıntının uzun illərdir davam edən mübahisələrə son qoyduğunu bildirib:

“Yazılı mənbələrdə xəstəliyin təsviri var idi, amma indiyədək vəbanın birbaşa bioloji sübutu yox idi. Bu kəşf həmin boşluğu doldurdu”.

Elm adamları antik Roma hipodromunun altındakı məzarlıqdan çıxarılan 8 insan dişindən qədim DNT əldə edərək bakteriyanın genomunu çıxarmağa nail olublar. Analizlər göstərib ki, vəba qurbanları eyni “Y. pestis” variantını daşıyıb və xəstəlik eramızın 550–660-cı illərində Bizans İmperiyasında geniş yayılıb.

Araşdırmalar həmçinin göstərib ki, vəba tək tarixi fəlakət olmayıb. Xəstəliyin müxtəlif variantları əsrlər boyu fərqli coğrafiyalarda təkrar-təkrar ortaya çıxıb.

Mütəxəssislər vurğulayırlar ki, vəba hələ də tamamilə yox olmayıb və nadir hallarda olsa da, bu gün də insan həyatı üçün təhdid olaraq qalır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05