“Elm dərin böhrandan hələ ki çıxa bilməyib”

media-hightechnic-468x90

fb6aba22521d4c12b2a0eb6f5299eaab“Biz nə qədər keçmişimizlə fəxr etsək də, açıq etiraf etmək lazımdır ki, bütün postsovet məkanında elm dərin böhrandan hələ ki çıxa bilməyib.

Təəssüflər olsun ki, ölkəmizin qazandığı böyük nailiyyətlərdə elmimizin xüsusi çəkisi hələ də lazımi səviyyədə deyil”.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan alimlərinin I qurultayında “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxışı zamanı deyib.

A. Əlizadə bildirib ki, akademiyada islahatlara başlayaraq hələ qarşıya qoyulan hədəfləri qət edə bilməyib. O qeyd edib ki, elmin müasir infrastrukturunun yaradılması, irimiqyaslı layihələrin gerçəkləşdirilməsi, elmi araşdırmaların yeni maliyyələşmə mexanizmləri hələ də müzakirələr səviyyəsindən konkret praktiki müstəviyə keçməyib.

A. Əlizadə əlavə edib ki, akademik elmin bu gün ən böyük problemi onun sürətlə qocalması və yüksək ixtisaslı gənc kadrların qıtlığıdır: “Bizə lazım olan mütəxəssisi biz artıq orta məktəb səviyyəsində itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda heç də öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamır. Bütün bu adı çəkilən və adı çəkilməyən, amma hamımıza yaxşı məlum olan problemlərin həlli üçün biz gərək səylərimizi birləşdirərək ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olaq. Hər bir Azərbaycan aliminin əldə etdiyi nailiyyət tək onun şəxsi nailiyyəti deyil, onun qazandığı uğurla dövlət də, cəmiyyət də, millət də fəxr edir. Açıq etiraf eləmək lazımdır ki, bizdə hələ də elm və iqtisadiyyat ayrı-ayrı məkanlarda cərəyan edən proseslər olaraq qalır. Biliklərə əsaslanan iqtisadiyyatı yaratmaq üçün tək dövlət yox, həm də müxtəlif biznes strukturları yeni biliklərin əldə olunması işinə dəstək və kömək göstərməlidirlər”(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600