Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan parlamenti aşağıdakı məsələləri müzakirə edəcək:
1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;
2. E.S.Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;
3. “Milli Məclis deputatının statusu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);
4. “Milli Məclisin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);
5. “Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).
6. “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş).
www.yenicag.az