!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elmar Baxşıyev: “İnanıram ki, Kiprdə layiqli mübarizə aparacaqlar”

!Reklam – Yazi

Bizi ağır oyun gözlədiyini bilirdik. “Omoniya” heyətində yaxşı fərdi keyfiyyətlərə sahib futbolçular olan təcrübəli komandadır.

Yenicag.az xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin “Omoniya” klubunu qəbul edən “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Bildirib ki, heyətimiz yenidir. Komanda meydanda istəkli idi. Oyunçular meydanda görmək istədiklərimi verməyə çalışırdılar. Heyətimiz çox geniş deyil. Sifariş vərəqində akademiyanın gənc futbolçuları da yer alıb. Matç göstərdi ki, bu rəqiblə oynamaq olar. Ruhdan düşmürük. Cavab qarşılaşmasına hazırlaşıb daha yaxşısını etməyə çalışacağıq. Azarkeşlərin çoxluğu sevindiricidir.

Çempionat qarşılaşmalarında da bu qədər seyrçimizin olmasını istəyirik. Oyun keyfiyyəti xoşuma gəldi. Hesab 1:0 olandan sonra bir neçə epizod yaratdıq. Onları dəyərləndirsəydik, nəticə fərqli olacaqdı. Matçı düzgün analiz edib cavab görüşünə hazırlaşmalıyıq.

“Qapıçını dəyişmək fikrində deyilik. İnandığımız qolkiperdir. Standart vəziyyətlərin üzərində də işləmiş, Roman Bezusun fərdi keyfiyyətlərini oyunçuların diqqətinə çatdırmışdıq. Amma onun ustalığını da nəzərə almaq lazımdır. Penalti epizoduna sonradan baxmamışıq. Amma biz gördüyümüz qədər ölkə çempionatda elə vəziyyətlərdə penalti vermirlər. Həmin epizodun üzərində dayanmaq istəmirəm. Onların qapısında eyni vəziyyətdə hakim penalti vermədi. Bu heyətlə davam edəcəyik.

Futbolçularıma inanıram ki, Kiprdə layiqli mübarizə aparacaqlar. Doqquz futbolçu bizi tərk edib. Əlbəttə ki, vaxta ehtiyac var. Komanda gündən-günə daha artığını etməyə çalışır. Çempionatda da öz iddiamızdan əl çəkməyəcəyik”, – deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, “Qəbələ” – “Omoniya” matçı rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab oyunu bir həftə sonra Kiprdə keçiriləcək./Azertag/

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv