Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elmar Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib

Reklam: High Technic

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Xeyrullah Spelenayı qəbul edib.

Yenicag.az xəbər verir ki, Elmar Məmmədyarov səfir Xeyrullah Spelenayı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edildi və müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olundu.

Səfir Xeyrullah Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirdi. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

www.yenicag.az

1041
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100