Elmar Məmmədyarov Maltaya gedir

media-hightechnic-468x90

 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Maltaya səfər edəcək.

APA-nın “Maltatoday” agentliyinə istinadən verdiyi məlumata görə, 3 günlük səfər çərçivəsində onu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və digər iki diplomat müşayiət edəcək.

Səfər çərçivəsində E. Məmmədyarov Maltanın baş naziri Cozef Muskat, xarici işlər naziri Corc Vella, Nümayəndələr Palatasının spikeri Anglu Farrugia və Malta prezidenti Mari Luis Koleiro Preka ilə görüşlər keçirəcək.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600