Elmar Məmmədyarov Türkmənistanın naziri ilə görüşüb

media-hightechnic-468x90

1377954101_elmar-memmedyarov-280411Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb. Yenicag.az apa-ya istinadən bildirir ki, görüş zamanı tərəflər Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.

media-banner_tkm

Tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıblar. Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları, Türkmənistanda keçiriləcək “Aziada-2017” idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05