Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Elmar Vəliyevlə bağlı şok iddia

1438666684_elmarGəncənin icra başçısının əhali ilə davranışları narazılıqlara səbəb olmağa başlayıb

Ötən gün xəbər vermişdik ki, Gəncə şəhərində şəxsi mənzillərin balkonları və vətəndaşlara məxsus qarajlar məcburi qaydada sökdürülür. JAM.AZ-a məlumat verən şəhər sakinləri bildirirdilər ki, icra başçısı Elmar Vəliyevin tapşırığı əsasında həyata keçirilən prosesin qarşısı heç bir şəkildə alına bilmir.

Bu gün JAM.AZ-a müraciət edən Həmid adlı Gəncə sakini isə bildirib ki, icra başçısı Elmar Vəliyev bir neçə gün əvvəl başının dəstəsiylə onların yaşadığı əraziyə gəlib. «Göstəriş verdi ki, binaların bütün balkonları və həyətdəki qarajlar sökülsün. Bir qaçqın qadın isə Vəliyevə yaxınlaşıb dedi ki, əgər balokonu sökülsə, başına yağış yağacaq. Heç olmasa balkonun üzərindəki örtük yerində qalsın. İcra başçısı da cavabında ona bildirdi ki, yaşlı adamdır, yağışın altında durmasın və balkon da söküləcək. Bu isrardan sonra həmin yaşlı qadın ağlayaraq bildirdi ki, balkonunun qalmasını istəməsinə səbəb evinin birotaqlı olması və bəzi əşyalarını ora yığmasıdır. Amma buna da məhəl qoyulmadı. Və Elmar Vəliyev çox ağır ifadələrlə həmin qadının sözlərini kəsib, oradan uzaqlaşdırdı».

Gəncə sakini onu da təsdiqləyib ki, həqiqətən də şəhərdəki binaların qarşısındakı bütün qarajlar sökülüb. Sənədi olan da olmayan da eyni vəziyyətlə üzləşib. «Bizə İcra Hakimiyyətindən dedilər ki, bu söküntü işləri məqsədli şəkildə aparılır. Bir aydan sonra kim 3000 manat verərsə, ona yenidən qaraj tikməsi üçün icazə veriləcək».

Onu da qeyd edək ki, Elmar Vəliyevin əhali ilə davranışlarından şikayətlər çoxdur. Artıq bu məsələ Gəncədə ciddi narazılığa çevrilməyə başlayıb. Əhali bu vəziyyətin dözülməz olduğunu bildirərək, belə davam etməyəcəyini vurğulayırlar(JAM.AZ).

Qarşı tərəfi də dinləməyə hazırıq.

www.yenicag.az

103