41 saylı Sumqayıt birinci seçki dairəsində namizəd tanınmış hüquqşunas Elnur Abbaszadə 47-ci məhəllənin sakinləri ilə görüşüb.
Yenicag.az xəbər verir ki, görüşdə 47-ci məhəllənin ağsaqqalları, ziyalıları və gəncləri iştrak ediblər. Elnur Abbaszadə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə aparılan quruculuq, abadlıq işlərindən söz açıb. “İslahatlar zamanıdır səs ver” şuarı ilə təbliğat keçirdiklərinin bildirib.
Elnur Abbaszadə məhəllənin sakinləri ilə görüşdən, səmimi münasibətdən qürur hissi keçirtdiyini qeyd edib. Bir daha hər bir seçiciyə minnətdarlığını bildirib, ölkəmnin inkişafı və tərəqqisi naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıb”.
Seçicilər də öz növbəsində Elnur Abbaszadənin gənc olmağına baxmayaraq fəliyyəti dövründə hər zaman öz bilik bacarıqlarını xalqa xidmət etmək, Azərbaycanın haqq səsini beynəlxalq təşkilatlarda çatdırılması və ölkənin ictimai siyasi həyatında fəal olmasını əsaslanaraq bu günə qədər gördüyü işləri yüksək qiymətləndirib, ona səs verəcəklərini səsləndiriblər./xalq.az/
www.yenicag.az