Əməkdar artist: “Çox qorxuram, çalışıram mənə ilişməsin”

“Koronavirusdan 100 faiz qorunuram və ehtiyat edirəm, çalışıram ki, mənə ilişməsin”.

Bunu Yenicag.az-a açıqlamasında Abdulla Şaiq adına Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyor səhhəti ilə bağlı müalicə olunduğunu da bildirib:

“Şəkərli diabetdən əziyyət çəkirəm. Buna görə də ayda bir dəfə müalicə olunuram. Gözümdə də problemlər var. Elə indi poliklinikadan gəlirəm, dava-dərman almışam, müalicələrə başlayacam. Koronavirusdan çox ehtiyat edirəm. Çünki əlavə xəstəliklərim olduğu üçün xüsusilə diqqətli olmalıyam. Söz yox ki, virus gələndə heç kimlə məsləhətləşmir. Buna görə də görək özümüz maksimum qorunaq. Mən də dəhşət dərəcədə ehtiyatlı olmağa çalışıram. Tibbi maska, spirt, bir sözlə bütün qaydalara maksimum əməl edirəm. Evdən ancaq həkimə gedəndə çıxıram. Başqa vaxt günüm evdə oturmaqla keçir. Pandemiyanın sürətlə gəlib keçməsini istəyirəm. Aktyor üçün evdə oturmaq, səhnədən uzaq düşmək çox ağırdır. Səbirsizliklə pandemiyanın bitəcəyi və teatrların açılacağı günü gözləiyrəm. Səhnə üçün inanılmaz dərəcədə çox darıxmışam”.

Cəvahir