!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Dedi, əlimdə imkan olsa, səni...”

!Reklam – Yazi

“Vaxtilə ayağımın altını qazıyan, mənə badalaq vuran, yolumu kəsən nadanlar məndən istifadə edib xalq artisti oldular. İndi hamısının evləri, villası, bağı-bağatı…Amma məni mənəvi cəhətdən öldürə bilmədilər”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Vahid Əliyev giley-güzarını bölüşərkən deyib.

Aktyor ömrünü səhnəyə verdiyini, lakin əvəzini görmədiyini bildirib:

“Bütün həyatımı səhnəyə bağışladım, əvəzində səhhətimdə problemlər yaşadım, ətrafımdakılardan zərbələr aldım. Amma peşman deyiləm. Çünki əvəzində xalq sevgisi qazandım. O adamlar ki, üzümə gülüb, arxamca iş çevirdilər, çox qabağa getdilər. Onlarla bu gün də qarşılaşıram. Amma mənim üçün ölüdürlər. Hərdən Allaha asi də düşürəm ki, mənə belə istedad vermişdinsə, niyə o nadanların əli ilə vuruldum? İstedadı olmayan, amma hər şeyi olan, başqasının hesabına irəli gedən o insanları görəndə çox pis oluram. Sual verirəm özümə ki, axı niyə? Mənim varlığım həmişə onları narahat edib, qorxudub. İllər əvvəl bir teatr direktoru üzümə dedi ki, əlimdə imkan olsa, səni işdən çıxararardım. Dedim çıxar da, nəyi gözləyirsən? Qayıtdı ki, səni çıxarsam, oynadığın rolu başqası yarada bilməyəcək. Blirdilər ki, nəyə qadirəm, elə buna görə də məni vururdular”.

Cəvahir

www.yenicag.az

2695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv