!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əməkdar artist koronavirusdan vəfat etdi - FOTO

!Reklam – Yazi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov vəfat edib.

Bu barədə Yenicag.az-a Akademik Opera və Balet Teatrından bildirilib.

İ.Ələkbərovun koronavirusdan vəfat etdiyi qeyd olunub.

İ.Ələkbərov 1939-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə A.Zeynallı adına Bakı Musiqi məktəbinin muğam şöbəsini, 1973-cü ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

1971-ci ildən Azərbaycan Dövlət akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti olub.

Teatrda çalışdığı müddətdə bir sıra rollarda çıxış edib.

2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

www.yenicag.az

3006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv