!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistdən rejissorlara SƏRT İRAD: “İstedad qalır qıraqda, boy-buxuna baxırlar”

!Reklam – Yazi

“Bizdə aktyorluq fakültəsinə daxil olmaq istəyənlərdə əsas boy-buxuna, fakturaya üstünlük verirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Əməkdar artist Nuriyyə Hüseynova aktyor seçimində yol verilən yanlışlıqlardan danışarkən efirdə deyib.

Sənətçi aktyorları hər zaman eyni amplualı rola dəvət edən rejissorları da qınayıb:

“Dünyanın heç bir yerində belə qayda yoxdur. Qardaş ölkə Türkiyədə istehsal olunan filmlərə baxsaq, görərik ki, onların çəkdiyi seriallarda, filmlərdə hər bir aktyora rol verilir. Qoca, cavan, gözəl, çirkin adam üçün elə tipaj seçirlər ki, obrazı da təbii alınır.

Burada rejissorun da seçimi çox önəmlidir. Bir insanın boyu balacadırsa, fakturası gözəl deyilsə, onu aktyor kimi qəbul etmirlər. Bu, sovetlərdən qalma bir düşüncədir. Yaxud da bir aktyoru həmişə komik rollara çəkirlər. Aktyorun fərqli potensialını açıb göstərmək üçün ona dramatik rol da verilməlidir. Təəssüf ki, bizdə belə deyil”.

Nehru

COP29

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv