Əməkdar artist, tanınmış aktyor Novruz Qartal oğlunu evləndirir. Aktyor iyunun 19-da paytaxt restoranlarından birində toy edəcək.
Yenicag.az-a açıqlama verən aktyor sevincini bizimlə bölüşüb:
“Oğlum qızı özü görüb, özü sevib. Mən onun seçiminə qarışmadım. Çünki indiki cavanların işinə qarışmaq olmur. Bir problem çıxanda da, günahı özlərində axtarmırlar, deyirlər sən elədin. Oğlum da deyəndə ki, evlənmək istəyirəm, dedim kimin qızını istəyirsən, elçi gedim. Getdim və gördüm ki, oğlum seçimində yanılmayıb. Gəlinim yaxşı ailədəndir, tərbiyəli qızdır. Şadlıq evini də özləri seçib, qonaqları da özləri müəyyənləşdirib”.
Qeyd edək ki, aktyorun üç övladı, iki nəvəsi var.
Cəvahir
www.yenicag.az