“Kino səhnədən çox fərqlidir, hissə-hissə, dəqiqə-dəqiqə çəkilir, sonradan montaj edilir”.
Bu fikirləri arzuladığı, amma oynamadığı obrazlardan danışan Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.
Aktyor kinodan çox səhnə fəaliyyətinə üstünlük verdiyini bildirib:
“Sovetlər dönəmindən bu günə qədər kinostudiyanın istehsal etdiyi 10 bədii filmə çəkilmişəm. Böyük aktyorlarla bərabər irili-xırdalı rollarda oynamışam.
Ancaq kinoya çəkilməyin o qədər də aşiqi olmamışam. Çünki kinoya çəkilən aktyorlarımız bu işin içində olublar. Kino səhnədən çox fərqlidir. Hissə-hissə, dəqiqə-dəqiqə çəkilir, sonradan montaj edilir.
Mən əsasən, teatr aktyoruyam. Kukla Teatrında arzuladığım, amma oynamadığım rollar olub. İndiyə qədər də ürəyimdə qalıb. İki obraz olub, həmişə gözləmişəm ki, o əsərlər səhnələşdirilsin və mən də oynayım. Bu günə qədər o arzuma çatmamışam”.
Cəvahir
www.yenicag.az