Əməkdar artistdən XANIMLARA: "Kişiyə bu iki şeyi BAĞIŞLAMAQ OLMAZ"
“Həyat yoldaşım bu günə qədər mənə çırtma da vurmayıb”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, əməkdar artist Rəhilə Bəndəliyeva “Həftənin qonağı” verilişində deyib. Sənətçi ilk dəfə olaraq şəxsi həyatı ilə bağlı gizlinləri bölüşüb:
“Mənə elçilər gələndə, Xankəndidə qastrolda idim. Üç dəfə elçi gəliblər. Atam deyib, bax, bu qızı istəməyə gəlmisiz, görürsüz, evdə yoxdur, qastrola gedib. Ailə quranda da belə olacaq. Yemək bişirə bilmir, ev işləri də bacarmır. Hansı ki, mən orta məktəbdə oxuyandan ev işləri görürdüm, yemək bişirirdim. Atam elə deyəndən sonra qayınatam deyib ki, evdə bu işlərin hamısını görən var, bir oxuyanımız çatışmır. Ailə qurdum. Amma mənim sənətimə qadağa qoymadı. Hətta uşağım 7 aylıq olanda da qastrollara getdim. Həyat yoldaşım bu günə qədər mənə çırtma da vurmayıb. Pis vərdişləri və xəyanətdən başqa kişiyə hər şeyi keçmək olar”.
Nehru












