Tanınmış xanəndə, Əməkdar artist Ehtiram Hüseynov ordumuzun əldə etdiyi qələbə xəbərlərindən qürur hissi keçirdiyini dilə gətirib.
Yenicag.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında təəssüratını belə ifadə edib:
“Şanlı əsgər Qarabağda ermənilərin “Xaç” dedikləri yerə gedib çıxıb.
Bu xaç 2022-ci ildə quraşdırılıb. Hündürlüyü 67 metrdir. Xocalı rayonu Daşkənd kəndinin Qoşa Çinar küçəsinin sonunda hündür təpəyə quraşdırılıb. Bu təpədən Xankəndi ovuc içi kimi görünür. Buradan Xankəndiyə məsafə 2 km-dir”.
Onun paylaşımına gələn rəylərdə hər kəs “Xaç gorbagor oldu”, ”Eşq olsun aslanlarımıza”, deyə fikirlərini ifadə ediblər.
Fotonu təqdim edirik:
Nehru
www.yenicag.az