Əməkdar Artistin SON DURUMU ilə bağlı oğlundan AÇIQLAMA

media-hightechnic-468x90

 

Mərkəzi Klinik Xəstəxananın reanimasiya şəbəsinə yerləşdirilən və süni nəfəs aparatına qoşulan Şuşa Dövlət Musiqili Dram Tearının direktoru əməkdar artist Yadigar Muradovun səhhəti ağır olaraq qalır.

Bunu Yenicag.az-a açıqlamasında aktyorun oğlu Yaşar Muradov deyib.

O, atasının yarıkoma vəziyyətində olduğunu bildirib:

“Atam bir aydır ki, yarıkoma vəziyyətindədir. Süni nəfəs aparatına qoşulub. Eyni zamanda qırtlağına katetr qoyulub. Həm suni nəfəs aparatı, həm də özü nəfəs alır. O, həm onkoloji xəstəliklə mübarizə aparır, həm də yanaşı başqa xəstəlikləri var. Son olaraq da qanına infeksiya düşdü. Səhhəti ağırlaşdı. Həkimlər əlindən gələni edir. Allahdan ümid kəsilməz, biz də ümidlə gözləyirik”.

Qeyd edək ki, Yadigar Muradov bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. İki dəfə əməliyyat keçirən Yadigar Muradovun səhhəti qəfildən pisləşib. Həkimlər müayinə zamanı onun qanına infeksiya keçdiyini müəyyən edib.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa