“Məktəb dərslərindən gözləntilər çoxdur”.
Yenicag.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.
“Bu gün tədris etdiyimiz məzmunun nə dərəcədə köhnəlməsini biz bir daha müzakirə etməliyik. Bundan qorxmamaq lazımdır. Məsələn, 40 il əvvəl keçirilən fizikanı bu gün keçməməliyik. Dil fənləri ilə bağlı problemlərin də qoyuluşu ciddidir.”
Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.
www.yenicag.az