Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyev Gürcüstanın birinci kanalı olan İctimai televiziyaya müsahibə verib.
Yenicag.az xəbər verir ki, Emin Hacıyev plarformasında qeyd etdiyi prioritetlər üzrə çalışacağını hər zaman qeyd edib və seçicilərin inamı və dəstəyinin ona həm güclü olmağa, həm də daha çox çalışmağa stimul verdiyini vurğulayıb.
Seçiləcəyi təqdirdə millət vəkili kimi fəaliyyətini hansı istiqamətdə quracağını, hansı problemlərin həllinə xüsusi olaraq diqqət ayıracağını daha aydın dərk etdiyini qeyd edib.