Portuqaliya Premyer Liqasının 26-cı turu başlayıb.
Yeniçağ.Az xəbər verir ki, turun ilk oyununda millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” “Eştoril”in qonağı olub. Son vaxtlar nəinki meydana çıxmaq, hətta “18-liy”ə həsrət qalan həmyerlilərimizin turnir cədvəlinin son pillələrində qərarlaşmış komandayla oyunda şans qazanıb-qazanmayacağı maraq doğururdu. Kamran yenə “18”-likdən kənarda qalıb. Emin isə 81-ci dəqiqədə şans qazanıb.
Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Lider “Benfika” bu gün meydana çıxacaq. Lissabon təmsilçisi “Pasuş”un qonağı olacaq. Portuqaliya Premyer Liqası, 26-cı tur 17 mart Eştoril – Boavişta 0:0 18 mart 20:00 Belenenseş – Braqa 20:00 Moreyrense – Tondela 22:15 Sportinq – Nasyonal 00:30 Pasuş – Benfika 19 mart 20:00 Feyrensi – Şaviş 20:00 Maritimo – Aroka 22:00 Portu – Setubal 00:15 Gimaraynş – Riu Avi.
Yeniçağ.Az
www.yenicag.az