Emin Milli Meydan TV-dən istefa verdi

media-hightechnic-468x90

Emin Milli Meydan TV-nin rəhbəri postundan istefa verib.

Yenicag.az xəbər verir ki, E.Milli bu barədə Feysbyuk səhifəsində yazıb.

“Mən hesab edirəm ki, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdırlar. Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdılar”, – Emin Milli bildirib.

O, bundan sonra iş axtaracağını, yaxud yeni bir layihə üzərində çalışacağını qeyd edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa