Ən gözəl prezidentliyə namizəddən açıqlama – Fotolar
Mətbuat tərəfindən “Ən gözəl prezidentliyə namizəd”adlandırılan Maqdalena Oqorek Rusiya ilə bağlı açıqlama verib.
Yenicag.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Polşanın prezidenti postuna namizəd olan 35 yaşlı Maqdalena bildirib ki, yerli hakimiyyət Moskva ilə əlaqələri pozaraq böyük səhvə yol verib:
“Rusiya bizimlə qonşu dövlətdir və bu heç vaxt dəyişməyəcək”.
Həmçinin onun sözlərinə görə, prezident seçildiyi halda Polşa-Rusiya mübasibətlərinin daha stabil olması üçün çalışacaq.
Qeyd olunur ki, Maqdalena daha əvvəl teleaparıcı və aktrisa kimi fəaliyyət göstərib. O, 2011-ci ildən etibarən siyasətçi kimi tanınıb.