!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ən önəmli KRİTERİYA: “Şansı olanın xoruzu da yumurtayır” – Günel

!Reklam – Yazi

Elə aktrisalar var ki, istedadı olmasa da, zahiri görünüşü sayəsində peşəkar aktrisalardan da daha çox filmlərə, seriallara çəkilir. Aktrisa da var ki, istedadı var, amma sanki rejisorlar onu görmür. Maraqlıdır, aktrisa üçün hansı daha önəmlidir; şans, istedad, yoxsa gözəllik?”

Tanınmış aktrisa Günel Həmidova Bunu Yenicag.az-a açıqlamasında sualımızı cavablandırıb.

O, istedadla bərabər şansın da böyük rol oynadığını bildirib.

“Napaleonun müdrik bir sözü var, şansı olanın xoruzu da yumurtayır. Nəinki aktrisada, peşəsindən asılı olmayaraq, hər bir insanda ən önəmli amil şansın olmasıdır. Və təbii ki, şansla bərabər həm də istedad. Bunlar bir-biri ilə bağlıdır”, – deyə o əlavə edib.

Aktrisanın sözlərinə görə, o qədər istedadlı insanlar var ki, şansları olmadığı üçün özlərini göstərə bilmirlər:

“Söz yox ki, qızılı torpaqda basdırsan da, parıltısını itirməyəcək, gec-tez özünü büruzə verəcək. Amma bir də var ki, istedadla bərabər şansın da olur, o zaman fövqəladə bir uğur əldə etmək olur. Qaldı ki, gözəlliyə, mənə elə gəlir ki, peşəkarlar zahiri görünüşdən çox istedada fikir verməlidirlər. Təbii ki, tamaşaçı istəyir ki, gözü gözəllik görsün. Gözəl olmaq arzuolunandır, amma əgər o gözəlliklə bərabər həmin aktrisada istedad yoxdursa, demək ki, ona ya bir, uzağı iki dəfə müraciət olunacaq. Sonra ardı gəlməyəcək.

Yekun olaraq bildirim ki, şans və istedad insanda vacib faktorlardır. Gözəllik isə arzuolunandır”.

Cəvahir

COP29

www.yenicag.az

1206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv