Energetika Nazirliyi və AYİB anlaşma memorandumu imzalamağı planlaşdırır

media-hightechnic-468x90

Azərbaycan Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji sektorunun inkişafına texniki dəstək barədə anlaşma memorandumu imzalamağı planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz “Twitter” səhifəsində yazıb.

“Biz Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə maliyyə dəstəyi və “yaşıl” enerji sahəsində çoxtərəfli əməkdaşlığımızın prioritetləri barədə məhsuldar danışıqlar keçirdik. Nazirlik və AYİB enerji sektorunun inkişafına texniki dəstək barədə anlaşma memorandumu imzalamağı planlaşdırır”, – nazir yazıb./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa