Saatlı rayonunda ər arvadını bıçaqlayıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyeva Validə Əliabbas qızı ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az