"Ərdoğan ABŞ-yə səfər edə bilər" - Fidan

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfərini istisna etməyib.

Yenicag.az xəbər verir ki, onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Tramp da Türkiyəyə səfər edə bilər.

“Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Türkiyə lideri Vaşinqtona səfər edə bilər. Trampın Türkiyəyə səfəri də mümkündür. Onlar NATO-nun Haaqa sammitində (24-25 iyun) görüşə bilərlər. Tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır”, – Fidan bildirib.

Qeyd edək ki, mayın 5-də Trampla telefon danışığından sonra Ərdoğan onu ABŞ-yə səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin təxmini tarixləri hələ məlum deyil. Bu arada Türkiyə mediası səfərin iyunda baş tuta biləcəyini istisna etmir./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600