Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitindən əvvəl alman qəzeti “Die Zeit”a müsahibə verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, 5 il aradan sonra Ərdoğanın alman mediasına verdiyi müsahibə zamanı “diktatorluq mövzusu” ətrafında polemika yaşanıb. Belə ki, Ərdoğanın “Alman mətbuatı məni niyə diktator kimi görür?” sualına cavab olaraq alman jurnalist Deniz Yüceldən bəhs edib: (red. Deniz Yücel alman mətbu orqanlarında çalışıb, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrinə görə həbs olunub)
“Deniz Yücel və Mşale Tolu kimi jurnalistlər hələ də həbsdədirlər, heç kim onların niyə həbs olunduğunu bilmir. On minlərlə insan keçən il çevrilişə cəhddə ittiham olunaraq işlərini itiriblər”, deyib.
Ərdoğan öz növbəsində:
“Əldə etdiyiniz məlumat yanlışdır və səhv nəticələr çıxarırsınız. Minlərlə insanın həbsxanalarda olduğunu, işlərini itirdiklərini deyirsən. Yaşxı, bəs, Şərqi və Qərbi Almaniya yenidən birləşəndə neçə insanın işsiz qaldığını bilirsən? 500 mindən artıq…”, cavabını verib.
Jurnalist bu sual qarşısında çaş-baş qalıb və “hazırda həbs olunanların dəqiq sayını deyə bilməyəcəm, bütün bunlar qanun çərçivəsində işləyən prosedurlar idi” deyib.
Ərdoğan söhbəti bu sözlərlə tamamlayıb: “Bəs bundan niyə danışmırsan? Xeyli insanın işini itirdiyindən… Bunları tək-tək yazacaqsan, silmədən!”
www.yenicag.az