Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Şarl Mişel tviterdə yazıb.
“Biz Madriddə Prezident Ərdoğanla Türkiyənin BMT-nin baş katibi Antonio Quterreşin Ukraynadan taxıl ixracının bərpası səylərinə dəstəyini müzakirə etdik. Rusiyanın suveren dövlətə təcavüzü qəbuledilməzdir”, – Şarl Mişel qeyd edib.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Co Bayden arasında görüş keçirilir.
Yenicag.az xəbər verir ki, görüş NATO-nun Madriddəki sammiti çərçivəsində reallaşıb.
***
Türkiyə və ABŞ prezidentləri arasında görüş artıq yekunlaşıb. Görüş 1 saat 10 dəqiqə davam edib.
“NATO-nun güclənməsinə yönəlmiş addımlar Rusiya və Ukrayna arasında münaqişənin həlli prosesinə xüsusi töhfə verəcək”, – Ərdoğan söyləyib.
Ərdoğan qeyd edib ki, Türkiyə taxıl dəhlizi problemini balanslaşdırılmış siyasətlə həll etməyə çalışır.
Bayden isə Ərdoğana Ukrayna taxılının ixracını təmin etmək səylərinə, habelə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.
Görüşdən sonra mətbuat konfransının keçiriləcəyi gözlənilir.
www.yenicag.az