Trampın Qrenlandiya siyasəti Rusiyaya qarşı yönəlib?
“Qrenlandiyada yerləşdirilən Amerika raketləri, Rusiya raketlərinin Vaşinqtona çata biləcəyindən daha tez Moskvaya çata biləcək və bu, ABŞ-ın əsas məqsədidir”, – deyə Trampın Qrenlandiya dastanı ilə bağlı bu cür mülahizələr eşidirəm.
Yenicag.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Naumov deyib.
“Mənə elə gəlir ki, şərh yazan icmamız tez-tez rus mərkəzçiliyi ilə qarşılaşır. Bu və ya digər hərəkətin ölkəmiz üçün hansı nəticələrə gətirib çıxaracağını düşünmək tamamilə məntiqlidir. Amma müəyyən bir ölkənin hər bir xarici siyasi qərarının həmişə Rusiyaya qarşı yönəlməsi barədə düşünmək olmaz. Xüsusilə Trampın motivasiyası olduqca aydın və açıqdır: Çin. Onun üçün Rusiya ilə münasibətlər digər amillər kimi ilkin prioritetdən daha çox məqsədə çatmağa bir vasitədir”, – o bildirib./axar.az












