Ərdoğanın oğlu Bakıda restoran açır

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, İlim Yayma Vəqfinin Himayədarlar Şurasının sədri Bilal Ərdoğan Bakı şəhərində restoran açacağını bildirib.

media-banner_tuq

Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə Güngörən bələdiyyəsinin təşkil etdiyi “Bir sual bir cavab” adlı tədbirdə gənclərin sualını cavablandırarkən məlumat verib.

B.Ərdoğan ilk dəfə 2007-ci ildə ticarətlə məşğul olmağa başladığını deyib:

“ABŞ-də Türkiyədən olan dostlarım köşklərdə kosmetika məhsulları satırdılar. Mənə Türkiyəyə qayıdıb bu işi ölkəmizdə davam etdirmək istədiklərini söylədilər. Onlara ortaqlıq təklif etdim.

2009-ci ildə isə şəriklərimlə restoran biznesinə başladıq. Ortaqlarımızla müxtəlif restoranlarımız var. İl yarım öncə Dubayda bir restoran açmışıq. Bakıda da açmağı planlaşdırırıq. Bir sözlə, hazırda qida sektorunda çalışıram”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05