Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

media-hightechnic-468x90

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərinin ləğvini dəstəkləyir.

Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

M.Rubio hazırda qüvvədə olan 1974-cü il Cekson-Venik düzəlişini soyuq müharibənin bir parçası adlandırıb.

Qeyd edək ki, bu düzəliş ölkələrə ticarətdə ən çox üstünlük verilən statusu, dövlət kreditləri və kredit zəmanətlərini təmin etməyi qadağan edir, xüsusilə də vətəndaşlarının hüquqlarını pozan və miqrasiya azadlığını məhdudlaşdıran ölkələrə aid edilir.

Həmçinin, düzəliş bazar iqtisadiyyatı olmayan ölkələrdən idxal edilən mallara diskriminasiyaedici tariflərin tətbiqini nəzərdə tutur.

Xatırladaq ki, 2012-ci ildə bu düzəliş Rusiya ilə bağlı ləğv edilib, lakin bir sıra MDB ölkələrinə, Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistana hələ də tətbiq olunur.

Cekson-Venik düzəlişi bu günə qədər rəsmi olaraq ləğv edilməsə də, 1989-cu ildən etibarən hər il onun icrası dondurulur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa