Ərdoğan Trampa İranla görüş təklif etdi

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa İranla üçtərəfli sammit keçirməyi təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin köşə yazarı Hande Fırat məlumat yayıb.

“Ərdoğan bu təklifi 27 yanvarda Trampla telefon danışığı zamanı səsləndirib. Bunun videokonfrans vasitəsilə təşkil edilməsi mümkündür. Tramp Ərdoğanın təklifinə müsbət yanaşıb”, – Fırat bildirib.

Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Arakçı bu həftənin sonlarında türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcək./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa