Trampa qarşı çıxan baş nazirin reytinqi yüksəldi
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidləri fonunda ölkəsinin suverenliyini müdafiə etməsindən sonra reytinqini kəskin şəkildə artırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“Frederiksenin partiyasının reytinqi yanvar ayında Danimarka suverenliyinin qətiyyətli müdafiəsi fonunda yüksəlib. Bu vəziyyət yalnız Danimarkaya xas deyil: Kanadadan Avstraliyaya qədər seçkilərdə Trampa qarşı çıxmaq seçicilər üçün güclü bir motivasiyaya çevrilib, çünki özlərini milli suverenliyin və liberal demokratiyanın müdafiəçiləri kimi təqdim edən liderlər ABŞ prezidenti ilə qarşıdurmaya can atan seçicilər tərəfindən mükafatlandırılırlar”, – məlumatda deyilib.












