“Buta Farm” MMC Birbank sadiqlik proqramında ən aktiv partnyorlar sırasında
Birbank tərəfindən hər il sadiqlik proqramında fəal iştirak edən partnyorlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilir. 2025-ci il üzrə aparılan qiymətləndirmənin nəticələrinə əsasən, “Buta Farm” MMC-yə məxsus apteklər bonus kateqoriyaları üzrə ən çox seçilən aptek şəbəkələri sırasında yer alaraq mükafata layiq görülüb.
Qiymətləndirmə prosesində istifadəçi aktivliyi, bonuslardan yararlanma göstəriciləri, müştəri məmnuniyyəti və ümumi xidmət təcrübəsi əsas meyarlar kimi nəzərə alınıb. Əldə olunan nəticə BUTA apteklərinin müştərilərə yüksək xidmət keyfiyyəti təqdim etməsi, eləcə də Birbank sadiqlik proqramında aktiv və davamlı iştirakının göstəricisi kimi dəyərləndirilir.
Birbank sadiqlik proqramı çərçivəsində aparılan bu cür qiymətləndirmələr partnyorların xidmət səviyyəsinin yüksəldilməsini və istifadəçilərə əlavə üstünlüklərin təqdim olunmasını təşviq edir. “Buta Farm” MMC-nin bu nailiyyəti həm müştəri məmnuniyyətinin, həm də etibarlı xidmət anlayışının gücləndirilməsinə töhfə verir.
Qeyd edək ki, ölkə üzrə geniş aptek şəbəkəsi olan “Buta Farm” MMC dərman preparatları, vitaminlər və sağlamlıq məhsullarının satışını və əlçatanlığını təmin edir. Müasir xidmət yanaşması və peşəkar əczaçı heyəti ilə seçilən BUTA aptekləri müştərilərin gündəlik sağlamlıq ehtiyaclarını etibarlı və rahat şəkildə qarşılamağa imkan yaradır.












