Ərdoğan bütün nazirləri dəyişir - KİV

media-hightechnic-468x90

Yenidən Türkiyə prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan hökumətin tərkibini tamamilə dəyişə bilər.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “TGRT Haber” kanalı məlumat yayıb.

“Seçkidə qalib gələn Prezident Ərdoğan dərhal işə başlayıb. Dünya liderlərinin təbriklərini qəbul edən Ərdoğan 5 il ərzində həyata keçiriləcək “yol xəritəsi”ni də hazırlayıb. Yeni kabinetə kimin daxil olacağı ilə bağlı səs-küylü söz-söhbətlər yayılsa da, bu gün hazırkı nazirlərin iştirakı ilə son kabinet iclası olacağı gözlənilir”, – məlumatda deyilir.

Prezident Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası çərşənbə günü yerli vaxtla saat 15:30 radələrində başlayacaq:

“İclası seçkilərlə əlaqədar ayın sonuna təxirə salınan Nazirlər Kabinetinin gündəliyinin əsas mövzusu iqtisadiyyat olacaq. Ərdoğanın yeni Nazirlər Kabinetini şənbə günü elan edəcəyi gözlənilir”.

//axar.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05