Ərdoğan Kubada məscid tikmək istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1-ci Latın Amerikası müsaəlman dini liderlərinin zirvəsində çıxış edib.
“Mən indi Kubalı qardaşımla danışaram. O dağın zirvəsinə bir məscid yaraşar. Təki icazə versinlər, olar desinlər” deyib.
Ərdoğan, Amerika qitəsini 1492-ci ildə Kolumbun kəşf etdiyi iddiasını bildirərək, “Kolumbdan 314 il əvvəl 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə gedib çıxmışlardı. Xristofor Kolumb xatirələrində Kuba sahillərində, dağın zirvəsində bir məscidin varlığından bəhs edilməkdədir. Kubalı qardaşımla bunu danışarıq. O dağın zirvəsinə məscid bugün də raşar” deyib.
Zirvədə, Rəcəb Tayyib Ərdoğan, Türkiyə və Latın Amerikası ölkələri müsəlmanlarının arasındakı münasibətlərin daha da möhkəmlənməsini arzulayıb.
İstanbulda baş tutan zirvəyə 41 ölkədən 71 təmsilçi qatılıb.
Türkiyə prezidenti sammitin İstanbulda keçirilməsini çox önəmsədiyini vurğulayaraq Kubaya dəvət edildiklərini və 2015-ci ilin ilk aylarında geniş bir heyətlə Kubaya səfər edəcəklərini deyib.
“Kolumb hələ Amerika qitəsini kəşf etməmişdən əvvəl İslam dini, qitədə inkişaf etmişdi.”
Ərdoğan, 1866-cı ildə iki Osmanlı gəmisinin Ümid burnundan keçərək İstanbuldan uzaqlaşdığını, okeanda yolu itirərək Braziliyanın Rio sahilinə çatdıqlarını danışıb.
“Bizim tariximizdə müstəmləkə etmə dönəmi görə bilməzsiniz.”
Osmanlı dövləti və digər İslam ölkələrinin Latın Amerikası ölkələrindəki təbliğat fəaliyyətlərini, siyasi arzular vasitəsi olaraq istifadə etmədiyini vurğulayan Ərdoğan, “İslam dini əsla müstəmləkəçiliyin, köləliyin bir vasitəsi olmayıb. Başqaları daha yaxşı baş əydirmək üşün dinlərini bir vasitə olaraq istifadə edərkən, müsəlmanlar və İslam dövlətləri sadəcə könülləri fəth etmənin, keyfiyyətin üzərində durublar.”
“Müsəlmanlara xəyanət edənlərin, dinə könüllü xidmət edən olduqlarını kim iddia edə bilər”
Rəcəb Tayyib Ərdoğan “Sülhün dinini, İsamı öz kirli terror təşkilatlarına, cinayət şəbəkələrinə ad olaraq verənlərin islama xidmət etdiklərini, Quranın yolunda olduqlarını kim iddia edə bilər? Başqa ölkələrin və başqa məqsədlər üçün vətənlərinə və müsəlmanlara xəyanət edənlərin, İslama hörmət bəslədiklərini, dinə xidmətdə könüllü olduqlarını kim iddia edə bilər” deyib.