Ərdoğan Livanın Baş nazirini qəbul edəcək

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livan Baş naziri Nəcib Miqati ilə görüşəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun məlumat paylaşıb.

O qeyd edib ki, dekabrın 18-də Ərdoğan Mikati ilə görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Fələstin və Suriyadakı hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Ərdoğan bu gün Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və Qətər əmiri Təmim bin Həməd Al Tani ilə bir araya gəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa