Ərdoğan Putini Türkiyəyə dəvət etdi

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putini ölkəsinə dəvət edib.

Yenicag.az xəbər verir ki, Ərdoğan bu gün Soçidə Putinlə baş tutan görüşündən sonra onu “Akkuyu” AES-in təməlqoyma mərasimində görmək istədiyini deyib:

“Yaxın həftələrdə “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimini keçirmək niyyətindəyik. Bu mərasimdə cənab Putin ilə birlikdə iştirak etmək istəyirik”.

Türkiyə prezidenti müdafiə sənayesində Rusiya Federasiyası ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa