!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Trampı bu video ilə “əritdi” - Dünya bu kadrlardan danışır

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Tramp ilə görüşündə sürpriz edib. Yenicag.az xəbər verir ki, Ərdoğan Tramp və senatorlara YPG terror təşkilatının əsas liderlərindən olan “Mazlum Kobani” kod adlı Fərhad Abdi Şahinin törətdiyi qanlı hadisələrdən bəhs edilən videonu izlədib.  

27 iyul 2008-ci ildə İstanbulda baş verən terror hadisəsi ilə başlayan sənədli filmdə “bütün bu qanlı hadisələrin arxasında təsdiqlənmiş “Tvitter” hesabına malik bir şəxs, sözdə azadlıq hərəkatı lideri dayanır” fikri vurğulanır. Fərhad Abdi Şahinin Öcalanın mənəvi oğlu olduğuna diqqət çəkilən videoda “Bu ölüm mələyini siz “Mazlum Kobani” kimi tanıyırsınız” mesajı verilir.

Videoda həmçinin Şahinin qadın və uşaqlara qarşı terror fəaliyyəti həyata keçirdiyini və təməl savaş prinsiplərini də tapdaladığı qeyd olunub.  

Ərdoğan bu videonu izlədikdən sonra halında ən çox dəyişiklik hiss olunanın Tramp olduğunu bildirib.

Həmin videonu təqdim edirik:

COP29

www.yenicag.az

6161
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv