Ərdoğan və Bayden arasında telefon danışığı olub

media-hightechnic-468x90

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında telefon danışığı olub. Söhbət zamanı liderlər NATO-nun iyun ayında Brüsseldə keçiriləcək sammitində görüşmək barədə razılığa gəliblər.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

“ABŞ prezidenti geniş səviyyəli əməkdaşlıq və fikir ayrılıqlarının effektiv həlli üçün konstruktiv münasibətlərdə maraqlı olduğunu bildirib. Liderlər iyun ayında NATO sammiti çərçivəsində şəxsən görüş keçirərək ikitərəfli və regional məsələləri bütün əhatəsi ilə müzakirə etmək barədə razılığa gəliblər”, – deyə Ağ Evin yaydığı mətndə qeyd olunub.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600