!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan zəlzələdən danışdı: "31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb"

!Reklam – Yazi

“İndiyə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: “45 nəfər dağıntılar altından xilas edilib. Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir. Zəlzələ nəticəsində dağılan və zərər görən evlərə dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq. Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər”.

Qeyd edək ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

COP29

www.yenicag.az

948
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv