Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Serbiya prezidenti Aleksandr Vuçiç ilə birgə mətbuat konfransı keçirib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan iki gündür ABŞ və Türkiyə arasında davam edən viza gərginliyinə də münasibət bildirib:
“Problemi biz yaratmamışıq, hər şeyin səbəbkarı ABŞ-dır. Mənim səfirim belə bir hərəkət etsəydi, onu bir dəqiqə orda saxlamazdım. Biz səfiri ABŞ nümayəndəsi olaraq görmürük.”
Məsələnin əvvəlcə Xarici İşlər Nazirliyi səviyyəsində gündəmə gətirilməsinin daha doğru olacağını söyləyən prezident səfirin bu hərəkətini hörmətsizlik kimi dəyərləndirib:
“Nə mən, nə də nazirlərim bu səfiri qəbul etmir və onu ABŞ-ın nümayəndəsi kimi tanımırıq.”
www.yenicag.az