Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycanı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Yenicag.az təbrik mətnini təqdim edir:
“Beynəlxalq aləmdə “İki dövlət, tək millət” olaraq hərəkət etdiyimiz Can Azərbaycanın 9 Noyabr Dövlət Bayraq Gününü ölkəm və millətim adına təbrik edirəm.
Mərhum şair Bəxtiyar Vahabzadə Azərbaycan və Türkiyə arasındakı qardaşlığı “eyni ananın iki oğlu” adlandırır. İki qardaş ölkə olaraq atdığımız addımlarla sadəcə sözdə deyil, siyasətdən tutmuş diplomatiyaya, enerjidən tutmuş müdafiəyə qədər hər sahədə özdə qardaş olduğumuzu bütün dünyaya gostəririk.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) qətnamələrinə rəğmən təxminən 30 ildir erməni işğalı altında olan Dağlıq Qarabağdakı torpaqlarını azad etmək üçün başlatdığı mübarizəsini bütün qəlbimiz və imkanlarımızla dəstəkləyirik.
Dünən qədim Türk şəhəri olan Şuşanın da işğaldan azad edilməsinə mütləq zəfərə olan inancımız və ümidimiz daha da artdı.
Arzumuz qəhrəman Azərbaycan ordusu qarşında məğlub olan Ermənistanın daha da çox qan tökülmədən işğal etdiyi torpaqları əsl sahiblərinə qaytarmasıdır.
Türkiyə Dağlıq Qarabağın bütünündə şanlı Azərbaycan bayrağı özgürcə dalğalanıncaya qədər azərbaycanlı qardaşlarının yanında durmağa davam edəcək.
Bu düşüncələrlə Əziz Qardaşım Prezident İlham Əliyevin timsalında Azərbaycan türklərinin Bayraq Gününü təbrik edir, vətən bayraq, azan və istiqlal uğruna torpağa düşən əziz şəhidlərimizi rəhmətlə yad edirəm”.
www.yenicag.az