Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkəmizə səfər edəcək.
Yenicag.az xəbər verir ki, Ərdoğan Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasına qatılacaq.
Toplantı Türkiyə və Azərbaycan Prezidentlərinin həmsədrliyi ilə keçiriləcək. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının səkkizinci iclası çərçivəsində ölkələr arasında ticarət, müdafiə, idman və digər sahələri əhatə edən doqquz anlaşmanın imzalanması nəzərdə tutulur.
Bunlar arasında 15 fərqli məhsul üzərində qarşılıqlı olaraq gömrük rüsumunun ləğvi və endirilməsini nəzərdə tutan preferensial ticarət haqqında müqavilə ön plana çıxır.
Görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçiriləcək, regional məsələlərlə yanaşı, beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaq./Avropa.info/
www.yenicag.az