!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ərimlə qayınanam uşağımı satıb, məni küçəyə atdılar" - Bərdədə tükürpədici hadisə

!Reklam – Yazi

Bərdənin Gülgəzli kəndində tükürpdədici hadisə baş verib.

Yenicag.az xəbər verir ki, ananın əlindən övladı alınaraq başqa ailəyə satılıb.

Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində 6 uşaq dünyaya gətirib. Onun sözlərinə görə övladlarından biri qayınanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.

Elnaz Xurşudovanın sözlərinə görə, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək.

Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov isə onu 3 uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Və ondan uşaq üçün verilən pulu geri verilməyənə qədər övladını görə bilməyəciyini deyiblər.

Qarşı tərəfin də mövqeyini almaq üçün Bərdənin Gülgəzli kəndinə üz tutduq. Əməkdaşımızın səylərinə baxmayaraq nə Pərviz Cavadov, nə də uşağın satılmasında əlbir olduğu iddia edilən anasını tapmaq mümkün olmayıb.

Satılan qız övladından əlavə iki oğlu da ərinin himayəsində olan ana hazırda Bakıda sığınacaqda məskunlaşıb. O övladlarını bir araya gətirməyənə qədər ata anasının yanına getməyəcəyini deyir. (Xəzər TV)

 

www.yenicag.az

2546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv