Ərinin xorultusuna görə dərman içdi, reanimasiyaya düşdü – KURYOZ OLAY

media-hightechnic-468x90

Braziliyalı qadın turist ərinin xoruldaması üzündən reanimasiya şöbəsinə yerləşdirilib.

Yenicag.az gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada qeydə alınıb.

Qadının ərinin sözlərinə görə, onlar restoranda spirtli içki qəbul ediblər. Daha sonra ər-arvad otelə gəliblər və qadın ərinin xorultusunu eşitməmək üçün yuxu dərmanı içib. Dərhal halı pisləşən qadını xəstəxanaya çatdırıblar və ona dərmandan zəhərlənmə diaqnozu qoyulub.

Kişi qeyd edib ki, həyat yoldaşı onun xorultusunu eşitməmək üçün tez-tez yuxu dərmanı içirmiş.

Firuzə Alimova

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600