Erməni biznesmen öldürüldü
Meksikanın Ensenada şəhərində erməni iş adamı Meksika vətəndaşı Ayk Ruşayan öldürülüb.
38 yaşlı biznesmen restorandan çıxıb öz maşınına yaxınlaşanda naməlum şəxslər onu güllələyib.
Ölməmişdən bir müddət əvvəl iş adamı “Banameks” bankında öz hesabından böyük məbləğdə pul çıxarıb. İstintaq nəticəsində məlum olub ki, cinayətkarlar onu güdüblər.
Ayk Ruşayan aldığı yaralardan hadisə yerində ölüb.Onu güllələyənlər ABŞ dövlət nömrə nişanlı avtomobildə hadisə yerindən qaçıb. Bir müddətdən sonra onlar maşını atıb və naməlum istiqamətdə gizləniblər.
Ayk Ruşayan tullantı emalı üzrə şirkətin sahibi olub. (anspress.com)