Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə güllələnib.
Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun bir hərbçisi bu gün 11:00 radələrində öldürülüb.
Cəbhə xəttində xidmət edən 1999-ci il təvəllüdlü əsgər Hamlet Qriqoryan naməlum şəraitdə aldığı güllə yarasından öldüyü bildirilir.
Hazırda hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
www.yenicag.az